Almatı polisi “bəzədilmiş” avtomobillərin sahiblərini cərimələyib.
Qaziler.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, şəhər polis İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə aparılan monitorinqlər zamanı “Mercedes-Benz” və “BMW” markalı avtomobillərin sürücüləri tərəfindən nəqliyyat vasitələrinə bəzəyərək Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddənin 7-ci hissəsinin (müvafiq icazə olmadan dəyişdirilmiş nəqliyyat vasitəsini idarə etmək) normalarını pozaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozma faktları aşkar edilib.
Bundan əlavə, qanun pozucularının hərəkətlərində Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin 595-ci maddəsinin 1-ci hissəsinin (Hərəkət etməzdən, zolaqları dəyişməzdən, dönməzdən və ya dayanmazdan əvvəl siqnal vermək kimi yol hərəkəti qaydalarının tələbinə əməl edilməməsi) tələblərinin pozulması əlamətləri aşkar edilmişdir. Almatı Polis Departamentinin mətbuat xidməti xəbər verir ki, yerli polis xidmətinin əməkdaşları avtomobil sürücülərini müəyyən edib və onları məsuliyyətə cəlb ediblər.
QAZİLER.AZ