Ukrayna indi rus işğalından müdafiə üçün 10-a qədər briqada (bir briqadada mindən 8 minə qədər əsgər var) hazırlamaq imkanına malikdir. Müttəfiqlər bu işdə kömək edirlər.
RBC-Ukrayna “Mi Ukrayna” Teleqram kanalına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı brifinqdə deyib.
General qeyd edib ki, təlimsiz əsgərlərin cəbhəyə gətirilməsi üçün məsuliyyəti artıran istənilən təşəbbüslə razıdır,
"Belə ola bilməz".
QAZİLER.AZ