Türkiyənin İzmir şəhərinin Kemalpaşa rayonunda təbiət gəzintisi zamanı yıxılaraq ayağı sınıb meşədə qalan 51 yaşlı qadın hərbi helikopterlə xəstəxanaya aparılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yoldaşları ilə Dereköy Məhəlləsindəki meşəlik ərazidə gəzintiyə çıxan Arzu Altınok Aydının yaxınları ondan xəbər ala bilmədiklərinə görə polisə müraciət ediblər.
Axtarışların sonunda onun yeri müəyyən edilib və hündürlükdən yıxılaraq ayağı qırılan Aydının hərəkət edə bilmədiyi üçün bir müddət meşədə qaldığı məlum olub.
Hadisə yerində ilkin tibbi yardım alan Aydın Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən bölgəyə sövq edilən helikopterlə Ege Universiteti Xəstəxanasına aparılıb.
Müalicəsi davam edən Aydının səhhətinin yaxşı olduğu bildirilir.
QAZİLER.AZ