Rusiyanın Volqoqrad şəhərində istilik borusunun partlaması nəticəsində binanın 5 mərtəbəsini qaynar su basıb.
Qaziler.az bildirir ki, Volqoqradda istilik borusunun partlaması nəticəsində yaşayış binasının 5 mərtəbəsini qaynar su basıb. Bu barədə yerli V1.Ru portalı məlumat yayıb.
"Çardaqdan isti su əvvəlcə ventilyasiyadan keçdi, sonra isə döşəmə plitələrindən şəlalə kimi töküldü. Daşqın borular bağlanana qədər bir neçə saat davam edib. Nəticədə beşmərtəbəli binanın iki girişindəki 17-dən çox mənzilə ziyan dəyib. Yerli sakinlər binalar quruyana qədər harada yaşamaq məcburiyyətində qalacaqlarını bilmirlər - bu, bir ay çəkə bilər", - məlumatda deyilir.
QAZİLER.AZ