Partizanlar işğal olunmuş Cankoyda Serbiyadan olan muzdlu əsgəri görüblər - FOTO

Partizanlar işğal olunmuş Cankoyda Serbiyadan olan muzdlu əsgəri görüblər - FOTO backend

Müvəqqəti işğal altında olan Cankoyda rus hərbçiləri arasında Serbiyadan olan muzdlu əsgər görünüb.

Qaziler.az bildirir ki, bu barədə  ATEŞ partizan hərəkatının Teleqramında xəbər verilir.

"İşğalçılar Canköyə hər gün daha çox əsgər gətirirlər. Mənbələrimiz mütəmadi olaraq yeni "təzə ət" yüklərinin gəldiyini bildirir. Bu dəfə Amur vilayətindən yeni gələnlər müşahidə olunub", - məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya ərazisindən gələn sıravi əsgərlər arasında Serbiyadan olan muzdlu əsgər də görünüb.

"Biz işğalçıların Krım ərazisində dinc qalmasına imkan verməyəcəyik və onu tezliklə azad etmək üçün əlimizdən gələni edəcəyik", - partizanlar vurğulayıblar.

QAZİLER.AZ

 

 

Diaspora