İran donanması təhlükəli uzaqmənzilli raketlər və kəşfiyyat helikopterləri alıb

İran donanması təhlükəli uzaqmənzilli raketlər və kəşfiyyat helikopterləri alıb backend

İran Hərbi Dəniz Qüvvələri 1000 km mənzilli qanadlı raketlər, həmçinin kəşfiyyat helikopterləri alıb.

Qaziler.az bildirir ki, bu barədə  “Reuters” xəbər verir.

İran Hərbi Dəniz Qüvvələrinin rəisi Şahrama İrani qeyd edib ki, “Talaeiyeh” qanadlı raketi 1000 km-dən çox uçuş məsafəsinə malikdir, “ağıllı” raketdir və “missiyanın ortasında hədəfləri dəyişə bilir”.

O, həmçinin əlavə edib ki, müşahidə helikopterləri, pilotsuz təyyarələr və dəniz qanadlı raketləri Hərbi Dəniz Qüvvələrinin arsenalına əlavə edilən yeni silahlar arasındadır. Onun sözlərinə görə, “bütün bu avadanlıq İranın hərbi sənayesi tərəfindən hazırlanıb və istehsal edilib”.

Agentlik qeyd edir ki, Qərb hərbi analitikləri İranın öz imkanlarını şişirtdiyini qeyd etsələr də, İran istehsalı olan raketlər və pilotsuz təyyarələr Tehranın hərbi texnikasının əsas elementidir.

QAZİLER.AZ

Diaspora