İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında ən azı 26 terrorçu zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, terrorla mübarizə həm Türkiyə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.
Türkiyə Milli Müdafiə Nazirliyi terrorçu hədəflərə qarşı hava əməliyyatlarında ən azı 26 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələrdən istifadə olunub:
"23 dekabr 2023-cü il tarixində İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında ilkin məlumatlara görə ən azı 26 terrorçu zərərsizləşdirilib. Hava əməliyyatlarının nəticələri ilə bağlı hədəf qiymətləndirmə işləri davam edir".
QAZİLER.AZ