Güclü qar yağması ilə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün Türkiyə ilə sərhədə gedən yolu bağlamaq qərarına gəlib.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
"Güclü qar və buzla əlaqədar Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib", - məlumatda deyilir.