İraqın şimalında 3 Türk əsgəri şəhid olub

İraqın şimalında 3 Türk əsgəri şəhid olub backend

İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin üç əsgəri şəhid olub, dörd əsgər isə yaralanıb.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə terrorçuların sığındığı müəyyən edilən hədəflərə və qaçış istiqamətlərinə qarşı hava əməliyyatları həyata keçirilib. İlkin məlumata görə, dörd terrorçu zərərsizləşdirilib.

Nazirlik açıqlamasında şəhidlərə rəhmət, ailə üzvlərinə və Türkiyə xalqına başsağlığı, yaralılara isə şəfa diləyib

 

 

Diaspora