Rusiya ordusu Ukraynaya dronlarla hücum etdi: 24-ü vuruldu

Rusiya ordusu Ukraynaya dronlarla hücum etdi:  24-ü vuruldu backend

Rusiya hərbçiləri dekabrın 22-nə keçən gecə 28 kamikadze-dronunu Ukrayna ərazisinə buraxıblar. Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 24-nü vurub.

Qaziler.az bildirir ki, bu barədə  Ukrayna Hərbi Hava Qüvvələri Teleqramda məlumat yayıb.

Atışlar Kursk, Primorsko-Axtarsk (Rusiya) və Cape Chauda (işğal olunmuş Krım) ərazilərindən həyata keçirilib.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Kiyev, Odessa, Nikolayev, Xerson, Jitomir, Rivne və Xmelnitski vilayətləri daxilində 24 pilotsuz uçan aparatı məhv edib.

Hava hücumunun dəf edilməsinə Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin aviasiya, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb olunub.

QAZİLER.AZ

Diaspora