Türkiyənin 32 vilayətində İŞİD əməliyyatı: 304 nəfər saxlanıldı

Türkiyənin 32 vilayətində İŞİD əməliyyatı: 304 nəfər saxlanıldı backend

Türkiyənin 32 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda həyata keçirilən “Qəhrəmanlar-34” əməliyyatlarında 304 şübhəli ələ keçirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Nazir Yerlikaya paylaşımda terrorçulardan heç birinə millətin sülhü, birliyi və həmrəyliyi üçün göz açmasına icazə verməyəcəklərini, təhlükəsizlik qüvvələrinin üstün səyləri ilə mübarizəni fasiləsiz davam etdirəcəklərini bildirib.

Yerlikaya əməliyyatları həyata keçirən polisləri təbrik edərək, "Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə qətiyyətlə davam edəcək", - deyib.

32 İlde DEAŞ Terör Örgütüne yönelik eş zamanlı olarak düzenlenen “KAHRAMANLAR-34” Operasyonlarında 3⃣0⃣4⃣ şahıs yakalandı❗

Aziz Milletimizin huzuru, birlik ve beraberliği için teröristlerin hiçbirine göz açtırmayacağız. Güvenlik güçlerimizin üstün gayretleriyle mücadelemize… pic.twitter.com/WKlpZVGMeN

— Ali Yerlikaya (@AliYerlikaya) December 22, 2023

QAZİLER.AZ

Diaspora