Beynəlxalq narkotik ticarəti etdiyi üçün axtarışda olan narkobaron Zəfər Ramadan Mersində tutulub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Milli Kəşfiyyat Təşkilatı və Mersin Vilayət Təhlükəsizlik İdarəsinin Kəşfiyyat Şöbə Müdirliyi qrupları tərəfindən həyata keçirilən kəşfiyyat işləri nəticəsində beynəlxalq narkobaron 'Zafer Ramadan'ın Mersində olduğu müəyyən edilib.
Texniki və fiziki araşdırma nəticəsində beynəlxalq narkobaronun Mezitli rayonunda qaldığı ünvan müəyyən edilib.
Müəyyən edilmiş ünvana xüsusi əməliyyat və dron dəstəyi ilə sübh əməliyyatı təşkil edilib. Əməliyyat zamanı beynəlxalq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı axtarışda olan narkobaron “Zəfər Ramadan” tutulub.
Saxlanılan beynəlxalq narkobaron ifadəsi alınmaq üçün Mersin Vilayət Təhlükəsizlik Müdirliyinə aparılıb.
QAZİLER.AZ