Hatayın Antakya rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Hatayın Antakya rayonu olan 4,1 bal gücündə zəlzələ yerli vaxtla saat 21.24-də qeydə alınıb.
Zəlzələnin 9,19 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Hatay valiliyi tərəfindən edilən açıqlamada bunlar qeyd edilib:
"İlkin məlumata görə, 112 Təcili Zəng Mərkəzinə hər hansı məlumat daxil olmayıb. AFAD-ın axtarış-xilasetmə qrupları kəşfiyyat və ehtiyat tədbirləri üçün bölgəyə yönəldilib. Hadisələrin inkişafı izlənilir".
QAZİLER.AZ