Elektrikli yorğan yanğına səbəb oldu - FOTO

Elektrikli yorğan yanğına səbəb oldu - FOTO backend

Türkiyənin Samsun şəhərinin Canik rayonunda bir evdə elektrik yorğanı yanğına səbəb olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonun Bakir küçəsində 61 yaşlı İbrahim Kökə məxsus 2 mərtəbəli dəmir-beton konstruksiyalı evin qonaq otağında mənzil boş olan zaman elektrik yorğanından yanğın baş verib.

Xəbər verildikdən sonra hadisə yerinə polis, təcili yardım briqadası və xilasetmə əməkdaşları gəlib.

Polis qrupları ərazidə təhlükəsizlik tədbirləri alıb.. Samsun Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının müdaxiləsi ilə yanğın söndürülüb.

Xəsarət alan olmasa da evə ciddi ziyan dəyib.

QAZİLER.AZ

 

Diaspora