Rusiyanın paytaxtı Moskvada artıq ikinci ildir ki, Yeni il və Milad bayramları atəşfəşanlıqsız keçiriləcək.
Qaziler.az bildirir ki, TASS bu barədə meriyadakı mənbələrə istinadən xəbər verir.
“Keçən il olduğu kimi, bu il də bayramı atəşfəşanlıqsız qeyd edəcəyik”, - mənbə bildirib.
Bundan əvvəl Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatı Sergey Qavrilov maye qazından istifadənin məhdudlaşdırılmasını və onların uşaqlara satışının qadağan edilməsini təklif edib.
QAZİLER.AZ