Qazaxıstan Müdafiə Nazirliyində müdafiə nazirinin müavini general-leytenant Sultan Kamaletdinov ilə Türkiyənin Qazaxıstandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib.
Qaziler.az bildirir ki, tədbir Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı hərbi attaşesi polkovnik Fatih Palın missiyasının başa çatması ilə əlaqədar təşkil olunub.
Hərbi əməkdaşlıq sahəsində fəaliyyətin nəticələri müzakirə edildikdən sonra 2023-cü ilin noyabrında bu vəzifədə akkreditə olunmuş yeni hərbi attaşe polkovnik-leytenant Şener Kimençe Qazaxıstan tərəfinə təqdim olunub.
General-leytenant Sultan Kamaletdinov qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin inkişafına görə polkovnik Fatih Pala təşəkkürünü bildirib. O, yeni təyin olunmuş hərbi attaşe polkovnik-leytenant Şener Kimençeyə yeni fəaliyyətində uğurlar arzulayıb.
QAZİLER.AZ