Zelenski Qəzza zolağında insanların ölümü ilə bağlı: Ukraynadakı müharibə ilə eyniləşdirə bilmərəm

Zelenski Qəzza zolağında insanların ölümü ilə bağlı: Ukraynadakı müharibə ilə eyniləşdirə bilmərəm backend

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna həm müstəqil İsrail xalqını, həm də müstəqil Fələstin xalqını tanıyır. Lakin o, Qəzza zolağındakı vəziyyəti Ukrayna ilə Rusiya arasındakı müharibə ilə eyniləşdirə bilməz.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

"Biz bu faciəni tanıyırıq, hər iki dövlətin ərazisində humanitar nəticələrin dəhşətli olduğunu qəbul edirik. Müstəqil İsrail xalqını tanıyırıq, Fələstin xalqının müstəqilliyini tanıyırıq. Amma bunu müharibəmizlə eyniləşdirə bilmərik", - prezident bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynanı hücumu və işğalı Rusiya ərazisində Ukrayna vətəndaşlığı olan şəxslərin terror aktı ilə başlamadı.

“Bunu heç kim etməyib, biz öz müstəqil dövlətimizdə yaşayırdıq və düşmən bizim ölkəyə gəlib, xalqımızı qətlə yetirib”, - deyə o, vurğulayıb.

QAZİLER.AZ

Diaspora