Rusiyalı blogerlər qadağan olunmuş sosial şəbəkələrdə reklam yerləşdirə bilməyəcək

Rusiyalı blogerlər qadağan olunmuş sosial şəbəkələrdə reklam yerləşdirə bilməyəcək backend

Rusiyalı blogerlər bu ölkədə qadağan olunmuş sosial şəbəkələrdə reklam yerləşdirə bilməyəcəklər.

Qaziler.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Kiryanov deyib.

Dövlət Duması rusiyalı blogerlərin reklamı ilə bağlı qaydaları sərtləşdirən düzəlişlərə baxacaq. Xüsusən də Rusiyada qadağan olunmuş sosial şəbəkələrdə öz reklamlarını dərc edə bilməyəcəklər. Müvafiq qanun layihəsini Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Artem Kiryanov açıqlayıb.

O qeyd edib ki, vergi məcəlləsinə bu cür saytlarda reklamın dərcinə “mübarizə” aparacaq dəyişikliklərin edilməsi planlaşdırılır. Kiryanovun sözlərinə görə, ümumilikdə qadağan olunmuş sosial şəbəkələrdə rusiyalı istifadəçilərin auditoriyası yarıbayarı azalıb.

QAZİLER.AZ

Diaspora