Rusiyanın Krasnodar şəhərində naməlum şəxs fəhlələr olan tikinti qoşqusuna atəş açıb, nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 18-də regional İstintaq Komitəsinin saytında məlumat verilib.
İstintaqın məlumatına görə, hadisə dekabrın 17-də axşam saatlarında Bonnskaya küçəsində baş verib. Kişi, ehtimal ki, ov tüfəngindən iki işçinin olduğu kabinəyə atəş açıb. Kişinin ən azı dörd dəfə atəş açdığı qeyd edilir.
“Məişət qoşqusunda başından güllə yarası alan 61 yaşlı kişinin meyitinin tapılması və onun 52 yaşlı tanışının xəsarət alması barədə məlumat daxil olub”, - deyə məlumatda bildirilir.
Yaralı hazırda xəstəxanadadır. Güllə onun ayağına dəyib. Atəş açan şəxsi axtarılır Hadisə yerindən güllələr və gilizlər götürülüb. Ekspertiza təyin edilib.
“Rayon İstintaq Komitəsinin müstəntiqi və kriminoloqu hadisə yerinə baxış keçirib, güllə və patronlar götürüb. Məhkəmə-tibbi ekspertizalar təyin edilib. Hadisə şahidləri dindirilir, şübhəli şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir”, - deyə idarədən bildirilib.
QAZİLER.AZ