Türkiyənin Samsun şəhərinin Canik rayonunda orta məktəbin tavanının alçıpanın düşməsi nəticəsində 7 şagird xəsarət alıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fatih orta məktəbində dərs zamanı 5-B sinifinin tavan suvağının bir hissəsi tökülüb.
Suvağın yerə düşməsi, sınması və tələbələrin üzərinə sıçraması nəticəsində 7 şagird yüngül xəsarət alıb.
Xəbər verildikdən sonra 112 Təcili Tibbi Yardım briqadası məktəbə gələrək, şagirdləri şəhərin müxtəlif xəstəxanalarına aparıb.
Məktəb direktoru və müəllimlər hadisə ilə bağlı sinifdə olan şagirdlərin ailələrinə məlumat veriblər.
Xəsarət alan 7 şagirdin vəziyyətinin yaxşı olduğu bildirilir.
QAZİLER.AZ