Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı kabinetində tapılan telefon dinləmələri ilə bağlı xəbərə ilk dəfə münasibət bildirib.
Zalujnı məlumatı təsdiqləyib və əlavə edib ki, telefon dinləmələri yalnız onun kabinetində tapılmayıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı RBC-Ukraynaya şərhində deyib.
"Mən sizə bunu deyəcəyəm: bu, mənim bu gün istifadə etməli olduğum otaqdır. Dünən yoxlama zamanı (telefonun dinlənilməsi - red.) tapdılar", - Zalujnı deyib.
O, bu kabinetin onun daimi yeri olmadığını da təsdiqləyib.
"İşlədiyim bir neçə yer var. Onlardan birində də belə olub. Çoxdandır orada deyiləm. Amma biz yoxladıq və tapdıq (dinləməni - red.)", - deyə baş komandan bildirib. O, əlavə edib ki, dinləmə cihazı təkcə onun kabinetində deyil.
Zalujnının bu hadisəni “müharibə” kimi qiymətləndirir.
"Hər şey ola bilər. İstintaq bunun necə baş verdiyini sübut edəcək", - ukraynalı baş komandan deyib.
Orada dövlət sirri təşkil edən məlumatların səslənməsinin mümkünlüyü ilə bağlı suala o, bunları deyib:
"Bu otaq əvvəllər də istifadə olunub. Amma fasilə kifayət qədər vacib idi. Ona görə də, görünür, sadəcə görüşümə hazırlaşırdılar".
QAZİLER.AZ