Başqırdıstanda məktəb avtobusunun qəzaya uğraması nəticəsində 6 uşaq xəsarət alıb - VİDEO

Başqırdıstanda məktəb avtobusunun qəzaya uğraması nəticəsində 6 uşaq xəsarət alıb - VİDEO backend

Başqırdıstanın Ufa rayonunda məktəbli avtobusu və “KamAZ” markalı yük maşınının iştirakı ilə qəza baş verib.

Qaziler.az bildirir ki, “İzvestiya” hadisə yerindən kadrlar yayıb.

Qəza yerli vaxtla saat 12:06-da  baş verib. İdarədən verilən məlumata görə, avtobusda 26 uşaq, altı valideyn və sürücü olub.

“Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin və bələdiyyə yanğınsöndürmə idarəsinin əməkdaşları gəlib. 6 uşaq və avtobus sürücüsü xəstəxanalara çatdırılıb”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yayımlanan fotolardan göründüyü kimi, "Higer" avtobusu qəzaya uğrayıb. Onun ön hissəsi zədələnib və xəndəyə sürüşüb.

QAZİLER,AZ

Diaspora