Litva Rusiyaya qarşı müharibə zamanı zədələnmiş ilk "Leopard 2" tanklarını Ukrayna üçün təmir edib. Tezliklə onlar cəbhəyə qaytarılacaqlar.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Litva Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Təmir edilmiş tankların istismarı Litva Ordusunun Qayzunaydakı poliqonunda (Yonava bölgəsində) nümayiş etdirildi.
Lakin Litvada dəqiq nə qədər texnikanın təmir olunduğu barədə məlumat verilmir. Yalnız məlumdur ki, tankların təmiri Little Defence Services (LDS) şirkəti tərəfindən həyata keçirilir. Bu müəssisə 2022-ci ildə Litvada Avropanın iki ən böyük hərbi texnika istehsalçısı - Almaniyanın "Rheinmetall" və "Krauss-Maffei Wegmann" şirkətləri tərəfindən yaradılıb.
QAZİLER.AZ