Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda 9 ibtidai sinif şagirdi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanada müalicə olunub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Atatürk İbtidai məktəbində "Yerli Məhsullar Həftəsi" çərçivəsində keçirilən tədbirdə bəzi şagirdlər yemək yedikdən sonra yorğunluq və ürək bulanmasından şikayət ediblər.
9 şagird qida zəhərlənməsi şübhəsi ilə Siverek Dövlət Xəstəxanasına aparılıb.
Müalicə altında olan tələbələrin vəziyyətinin yaxşı olduğu öyrənilib.
QAZİLER.AZ