Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Macarıstan öz maraqlarını qoruyan suveren ölkədir və bu, onu Rusiyayönümlü etmir.
“Macarıstan, digər ölkələrdən fərqli olaraq, öz mövqeyini müdafiə edir və bu, yeri gəlmişkən, bizim xoşumuza gəlir", - deyə o, bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin dekabrın 14-də “İlin yekunları”nda dediyi sözləri xatırladıb: Macarıstan kimi öz maraqlarını müdafiə edən dövlətlər kifayət qədər vicdanlı və müstəqildir və onları rusiyayönlü adlandırmaq sadəcə olaraq yanlışdır.
Həmçinin, Peskov Aİ sammitindən danışarkən qeyd edib ki, liderlərdən birinin yoxluğunda qərar qəbul etmək praktikası unikaldır.
QAZİLER.AZ