Ermənistanın Zəngəzur bölgəsində, İrəvan-Mehri avtomobil yolunda Rusiya hərbçilərinə məxsus “KamAZ” yanıb.
Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Yük avtomobilinin silah-sursatla dolu olduğu bildirilir. Yanğın o qədər güclü olub ki, hətta bir neçə yüz metr aralıdan görünüb. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Yanğının səbəbi açıqlanmayıb. (oxu.az)

