Rusiyanın Kurqan vilayətində 12 yaşlı oğlan qardaşlarını və bacısını yanan evdən xilas edib.
Qaziler.az bildirir ki, bu barədə cümə günü, dekabrın 15-də Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi Telegram kanalında məlumat verib.
Qeyd olunur ki, hadisə dekabrın 14-də baş verib. Xilasedicilər 80 kvadratmetr sahədə olan yanğını yarım saat ərzində lokallaşdıra biliblər.
Qurumdan bildirilib ki, qapının kənarında tüstü və alov buludlarının olduğunu görən məktəbli, yanan evdən yeganə çıxış yolu olanarxa otağın pəncərəsini açıb və iki qardaş və bacısını bir-bir çıxarıb. Sonra uşaqları qonşunun evinə aparıb.
"Beynimdə bircə şey var idi: nə olursa olsun, hamını xilas etmək", -deyə uşaq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına.
Nazirlik əlavə edib ki, uşağa nazirliyin mükafatı təqdim olunacaq.
QAZİLER.AZ