Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Life” jurnalistlərini əmin edib ki, bugünkü böyük mətbuat konfransında heç kim Vladimir Putinə oxşarı ilə bağlı sual haqqında xəbərdarlıq etməyib.
Qaziler.az bildirir ki, Peskov "Life" ilə söhbətində: "Bu, bədahətən idi" deyib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı zamanı onun “klonu” yayıma qoşulub. O, eynilə indiki Rusiya lideri kimi danışır və hərəkət edirdi. Tanımadığı şəxs adını açıqlamasa da, Sankt-Peterburq Dövlət Universitetində oxuduğunu bildirib. O, prezidentdən dublyorları barədə soruşub və Putinin süni intellekt və neyron şəbəkələrinin yaratdığı təhlükələrə münasibətini soruşub.
Xatırladaq ki, noyabrın əvvəlində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova Rusiya liderinin oxşarları ilə bağlı sual verilmişdi. Kreml nümayəndəsi qeyd edib ki, “bizdə bir Putin var”.
QAZİLER.AZ