Rusiyanın paytaxtı Moskvada 20-ci mərtəbədən pəncərə çərçivəsi qadın və uşağının üzərinə düşüb, faktla bağlı cinayət işi açılıb.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 14-də RF İK-nin şəhər üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
“İstintaqın məlumatına görə, 2023-cü il noyabrın 30-da Gerasim Kurin küçəsində yerləşən yaşayış binasının 20-ci mərtəbəsinin hündürlüyündən pəncərə çərçivəsi 1993-cü il təvəllüdlü qadının və onun 2022-ci il təvəllüdlü azyaşlı uşağının üzərinə aşıb. Zərərçəkənlər xəsarət alıb. Hazırda onların həyatı və sağlamlığı üçün təhlükə yoxdur”, - deyə departamentin Telegram kanalında bildirilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 238-ci maddəsi ("Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi").
Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.
QAZİLER.AZ