18 il həbs: Ukraynalı hərbçi Rusiyada mühakimə olunub

18 il həbs: Ukraynalı hərbçi Rusiyada mühakimə olunub backend

Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Anton Baydrakov Rusiyada 18 il müddətinə dəmir barmaqlıqlar arasına salınıb. O, 2022-ci il martın 27-də “DXR-də hakimiyyəti ələ keçirməkdə və Mariupol sakinini öldürməkdə” ittiham olunub.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun “Telegram” səhifəsində məlumat yayıb.

Ukraynalı hərbçi bir neçə maddə ilə ittiham olunub:

“Terrorçuluq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə təlim”;
“Hakimiyyətin zorakılıqla ələ keçirilməsi”;
"Qətl";
“Mülki insanlara qarşı qəddar rəftar”.
Rusiyalı “müstəntiqlər” iddia edirlər ki, 2021-ci ilin iyulundan avqustuna qədər Baydrakov “DXR” adlanan yerdə “hakimiyyəti zorla ələ keçirmək və konstitusiya sistemini dəyişdirmək məqsədi ilə döyüş bacarıqları üzrə təlim keçib”.

Bundan sonra o, dəniz briqadasının tərkibində xidmətə göndərilib.

Ruslar iddia edirlər ki, 2022-ci ilin martında Mariupolda Baydrakov qanunsuz olaraq “yerli sakini sənaye zonasının ərazisində saxlayıb” və sonra “onu öldürüb”.

mənbə:RBK-Ukrayna

QAZİLER.AZ

 

Diaspora