İllərdir türk kinosuna töhfələr verən məşhur rejissor Yılmaz Atadeniz 91 yaşında dünyasını dəyişib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Yeşilçam"ın daha bir ustası dünyasını dəyişib. Rejissor Yılmaz Atadəniz 91 yaşında dünyasını dəyişib.
Bir həftədir Sarıyer Eftal Xəstəxanasında müalicə alan Yılmaz Atadenizin qızı İşıq Atadeniz "Atama Covid diaqnozu qoyuldu. Ağciyərində infeksiya yarananda reanimasiyaya aparıldı. Bu səhər onu itirdik. ."
Usta rejissorun dəfn mərasiminin sabah keçiriləcəyi və Aşiyan qəbiristanlığındaki ailə qəbiristanlığında torpağa tapşırılacağı bildirilir.
Jurnalist Birsen Altuntaşın xəbərinə görə; 2015-ci ildə 34-cü İstanbul Film Festivalının Kino Fəxri Mükafatına layiq görülən Yılmaz Atadeniz “Türk kinosunu janr kinosuna çevirən adam” kimi kinoya böyük töhfələr verib.
QAZİLER.AZ