Rusiyalı yazıçı vəfat etdi

Rusiyalı yazıçı vəfat etdi backend

“Banditskiy Peterburq”un müəllifi, yazıçı, jurnalist, ssenarist Andrey Konstantinov (Andrey Bakonin) 61 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 13-də 78.ru telekanalının saytı onun həmkarlarına istinadən məlumat yayıb.

Jurnalistlər Konstantinovun son bir ildə ağır xəstə olduğunu bildirirlər. Bununla bağlı ətraflı məlumat vermirlər.

Konstantinovun dəfnin tarixi və yeri daha sonra açıqlanacaq.

Andrey Konstantinov "Banditskiy Peterburq" serialının çəkildiyi "Vəkil" və "Jurnalist" romanlarını yazıb.

Konstantinovun kitablarının ümumi tirajı 20 milyon nüsxəni keçir.

QAZİLER.AZ

 

Diaspora