Qızıl Meydandakı abidədə atın başını "kəsdilər"

Qızıl Meydandakı abidədə atın başını "kəsdilər" backend

Moskvanın Qırmızı Meydandakı “Qələbə paradı” qorelyefi vandalizmin hədəfinə çevrilib.

Qaziler.az bildirir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Dekabrın 12-də səhər saatlarında polis abidənin üzərindəki atın başı olmadığını müəyyən edib. Kremlin yaxınlığındakı memorialın kim və necə zədələdiyi araşdırılır. 

Hərbi abidələrin dağıdılması və ya zədələnməsi maddəsi ilə cinayət işi başlanıb.

Rusiyanın Xalq rəssamı Vladimir Surovtsevin müəllifi olduğu qorelyefin açılışı sentyabrda olub. Bürünc kompozisiyada marşallar Georgi Jukov və Konstantin Rokossovski at sürərkən təsvir edilib. Rokossovskinin "Polyus" adlı atının başı qopardılıb.

QAZİLER.AZ

Diaspora