Rusiya Federasiyası bu gecə, dekabrın 13-də Ukraynaya PUA və raketlərlə hücum edib. Hava hücumundan müdafiə qüvvələri 20 düşmən hədəfinin hamısını məhv edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
"Rusiya işğalçı qüvvələri Krımın Balaklava bölgəsindən Ukrayna boyu 10 kamikadze dronu buraxıb. Onların hamısı Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə bölmələri ilə birlikdə Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.
Qeyd olunur ki, düşmənin demək olar ki, bütün dronları Odessa vilayətində Cənub hava komandanlığının cavabdehlik zonasında vurulub".
Həmçinin bu gün saat 03:00-da ruslar Kiyevə 10 raket atıblar.
“Ballistik trayektoriya ilə Kiyev şəhərinə doğru uçan on hədəfin hamısı Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi tərəfindən vurulub”, - məlumatda deyilir.
QAZİLER.AZ