Moskvanın şərqində "Konyak" barında ziyarətçinin bıçaqla hücumu nəticəsində iki nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə“İzvestiya” məlumat verib.
Hadisə çərşənbə axşamı gecə baş verib. Kamera görüntülərindən də göründüyü kimi, müəssisədəki bar piştaxtasında 6 nəfər olub. Spirtli içki qəbul edərkən ziyarətçilər arasında münaqişə yaranıb.
Kameralarda həmin şəxslərin ilk olaraq aqressiv qonağı necə sakitləşdirməyə çalışdığı görünür. Daha sonra münaqişə edən şəxs bar piştaxtasından meyvə kəsmək üçün istifadə edilən bıçağı götürüb və onunla rəqibini yaxalamaq istəyib, bundan sonra onu saxlayıblar. Həmin şəxs daha sonra kameradan itib.
“İki nəfər yaralanıb. Onlar əllərindən yaralanmış halda xəstəxanaya yerləşdiriliblər”, - deyən mənbə hücum edənin polis gələnə qədər qaça bildiyini bildirib.
Hazırda həmin şəxs axtarılır.
QAZİLER.AZ