Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri Vaşinqtonun gələcək dəstəyi baxımından məhsuldar olacaq. Pentaqon artıq ölkəmizə hərbi-texniki və maliyyə yardımının davam etdiriləcəyinə zəmanət verib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna agentliyi Ukraynanın müdafiə naziri Rustem Umerovun dekabrın 12-də latviyalı həmkarı Andris Spruds ilə keçirdiyi brifinqdə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Rəsmi vurğulayıb ki, ABŞ və Ukraynanın digər tərəfdaşları uzunmüddətli əsasda dəstəyi davam etdirmək niyyətlərini dəfələrlə təsdiqləyiblər.
"Birincisi, Birləşmiş Ştatlar və digər tərəfdaşlarımız bizi uzunmüddətli əsasda dəstəkləyəcəklərini onlarla dəfə təsdiqləyiblər. Bizim onlarla təcili işimiz yoxdur, işgüzar səfərlər planlaşdırmışıq", - Umerov bildirib.
Onun sözlərinə görə, bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın müdafiə naziri ilə görüşüb və o, “hərbi-texniki və maliyyə yardımının davam etdiriləcəyini” deyib.
QAZİLER.AZ