Amerika Birləşmiş Ştatları Ukraynaya dəstək də daxil olmaqla gələn ilin büdcəsi ilə bağlı hələ də konsensusa gələ bilməyib. Ancaq bunu faciəyə çevirmək olmaz.
Qaziler.az bildirir ki, bunu BBC-yə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilova deyib.
"Əgər Milad bayramı üçün hədiyyə ala bilsək, xoşbəxt olacağıq" deyə Danilov bildirib.
Lakin onun fikrincə, əgər bu bir az gec baş verərsə, “bundan faciə yaratmağa ehtiyac yoxdur”.
ABŞ yardımı dayansa, Ukrayna müharibəni uduzacaqmı sualına cavab verərək, belə bir ehtimalı istisna etdi, çünki “həqiqət bizim tərəfimizdədir”.
"Putin bizi bütün bəşəriyyətin gözü qarşısında məhv edəcək? Uşaqlarımızı, qadınlarımızı, qocalarımızı öldürəcək? Bütün dünya buna göz yumub baxacaq? O zaman sual yaranır: biz necə bir dünyada yaşayırıq?" katib əlavə edib.
QAZİLER.AZ