Politoloq Zelenskinin ABŞ senatorları ilə görüşünün səbəbini açıqlayıb

Politoloq Zelenskinin ABŞ senatorları ilə görüşünün səbəbini açıqlayıb backend

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı senatorlarla görüşdə onları ölkəsinə yardım üçün yeni maliyyələşdirmə ilə bağlı müsbət qərara sövq etməyə çalışacaq.

Qaziler.az bildirir ki, bu barədə politoloq Vladimir Fesenko RBC-Ukraynaya şərhində bildirib.

Onun sözlərinə görə, ABŞ-dan Ukraynaya yardım üçün yeni maliyyələşmə məsələsində hər şeyin təkcə Ukraynadan asılı olmadığını başa düşmək lazımdır.

"Problem Ukraynada və ya kiminsə yardıma qarşı olmasında deyil. Bu, daxili siyasi problemdir, Meksika sərhədi ilə bağlı fundamental məsələdə fikir ayrılıqları və miqrasiya qanunvericiliyində dəyişikliklərdir. Biz, İsrail və müəyyən qədər Tayvan bu konfliktin girovuna çevrilmişik”, - deyə politoloq bildirib.

Fesenko vurğulayıb ki, Zelenski senatorlarla görüş zamanı onlara cəbhədəki çətin vəziyyəti və Ukraynaya yeni yardımın mümkün qədər tez təsdiqlənməsinin nə üçün vacib olduğunu izah etməyə çalışacaq. O, bunu "rasional və emosional" edəcək.

O, etiraf edib ki, amerikalıları Ukraynaya dəstəyi saxlamaq zərurətinə inandırmaq üçün başqa informasiya xarakterli çıxışlar da olacaq, çünki bu, Birləşmiş Ştatların maraqlarına uyğundur.

QAZİLER.AZ

Diaspora