Türkiyədə mütəşəkkil cinayət qruplaşmalara qarşı “Qəfəs” kod adı altında keçirilən əməliyyatlar davam edir.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, növbəti əməliyyatla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama yayıb.
Bildirilib ki, mərkəzi İstanbul olmaqla, Tekirdağ və Qaziantep vilayətlərində eyni vaxtda keçirilən “Qəfəs-17” əməliyyatı nəticəsində “Şotland qruplaşması” kimi tanınan mütəşəkkil cinayət qrup zərərsizləşdirilib. Qruplaşmanın başçısı da daxil olmaqla, 38 şübhəli şəxs yaxalanıb.
Saxlanılan şəxslərin ünvanlarında aparılan axtarış zamanı xeyli miqdarda narkotik vasitə, zinət əşyaları, eləcə də Türkiyə və ABŞ valyutası aşkarlanaraq müsadirə edilib.