USQ sıralarında döyüşən “Muxtarın qayıdışı” filminin aktyoru vəfat edib

USQ sıralarında döyüşən “Muxtarın qayıdışı” filminin aktyoru vəfat edib backend

Rusiyanın “Muxtarın dönüşü” serialındakı rolu ilə tanınan Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulan teatr və kino aktyoru Vasili Kuxarski aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 7-də Podol şəhərindəki Kiyev Akademik Dram Teatrı məlumat yayıb.

“Vasili Kuxarski vəfat etdi.  Aktyorla vida mərasiminin tarixini sonra açıqlayacağıq”, - teatrın “Facebook” səhifəsində  deyilir.

Aktyor 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. Bu ilin sentyabrında Kuxarski ağır yaralanıb.  42 yaşı var idi.

Kuxarski Jitomirdə doğulub boya-başa çatıb, ali təhsilini Kiyevdə alıb. Eyni zamanda o, Moskvada filmlərdə rol almağa başlayıb.

Ümumilikdə onun 38 rolu var. 2008-ci ildən aktyor Podol şəhərindəki Kiyev Akademik Dram Teatrında işləyib.

QAZİLER.AZ

Diaspora