Ərdoğan Ukrayna münaqişəsinin arxa plana keçdiyini açıqlayıb - VİDEO

Ərdoğan Ukrayna münaqişəsinin arxa plana keçdiyini açıqlayıb - VİDEO backend

Ukrayna münaqişəsi gündəmdə arxa plana keçsə də, təcili sülhə ehtiyac olduğunu göstərdi.

Qaziler.az bildirir ki, bunu dekabrın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT World Forum 2023-də çıxışı zamanı deyib.

“Rusiya ilə Ukrayna arasındakı münaqişə arxa plana keçsə də, acılar verməkdə davam edir. Biz vaxtilə atəşi alovlandıranların regionumuza necə pislik etdiklərini görürük. Biz bir daha anladıq ki, onlar problemləri həll etmək iqtidarında deyillər” deyən Türkiyə liderinin çıxışı forumun Youtube kanalında yayımlanır.

Ərdoğan əlavə edib ki, dünya qlobal miqyasda son dərəcə çətin dövrlərdən keçir.

QAZİLER.AZ

 

 

Diaspora