Putin seçkilərdə iştirakını xarici liderlərlə müzakirə etməyib - Peskov

 Putin seçkilərdə iştirakını xarici liderlərlə müzakirə etməyib - Peskov backend

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə getmək qərarını xarici liderlərlə müzakirə etməyib.

Qaziler.az bildirir ki, bunu dekabrın 8-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, belə bir müzakirə aparılmayıb”, deyə o, TASS jurnalistinin Putinin prezidentliyə namizədliyi ilə bağlı son təmaslar zamanı xarici dövlət başçıları ilə danışıb-danışmadığı sualına cavab verərkən deyib.

Rusiya lideri cümə günü Kremldə Rusiya Qəhrəmanlarına "Qızıl Ulduz" medallarını təqdim etdikdən sonra Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

QAZİLER.AZ