Türkiyə təhlükəsizlik qüvvələri son 6 ayda həyata keçirdikləri əməliyyatlarla bir çox cinayət təşkilatını zərərsizləşdirib və liderlərini ələ keçirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyinin koordinasiyasında polis və jandarma qruplarının keçirdiyi əməliyyatlarda bir çox beynəlxalq, milli, regional və yerli cinayət təşkilatları məhv edilib.
"Minlərlə cinayətkar təşkilat üzvü, o cümlədən onların rəhbərləri tutularaq məhkəmə qarşısına çıxarılıb.
Türkiyədə son 6 ayda mütəşəkkil cinayət qruplarına qarşı 593 əməliyyat keçirilib, saxlanılan 4 min 303 şübhəlidən 1304-ü həbs edilib, 876 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib.
Bu çərçivədə 4-ü beynəlxalq, 25-i milli, 24-ü regional və 138-i yerli olmaqla, 191 cinayət təşkilatı məhv edilib.
Narkotiklərlə mübarizə çərçivəsində son 6 ayda 132 min 537 əməliyyat həyata keçirilib, 15 min 280 şübhəli həbs edilib, 6 min 143 nəfər barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb", - məlumatda deyilir.
QAZİLER.AZ