Ekaterinburq xüsusi təlim mərkəzi "Kaskad - Ural"da yaradılan kamikadze pilotsuz uçan aparatı "Xiyar" xüsusi əməliyyat zonasında (Ukraynadakı müharibə-red.) istifadə olunmağa başlayıb.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti mərkəzin baş direktoru Anton Fedoroviçə istinadən yazır.
Onun sözlərinə görə, 2,5 kq-a qədər partlayıcı maddəni beş kilometrə qədər məsafədə daşıya bilən uçan yeddi düymlük FPV pilotsuz uçan aparatı 2023-cü ilin aprelində yaradılıb, gələcək vəzifələr üçün hazırlanıb.
Əvvəlcə yeni dron yalnız rəqəmlər və hərflərlə təyin olundu, sonra isə ona ad vermək qərarına gəldilər.
“Rəqiblərimiz və həmkarlarımız arasında dronların bütün adları kobud, hədələyicidir və biz qərara gəldik ki, dostlarımız hədəfi vuranda desinlər: “Budur, mən tankı "Xiyar"la məhv etdim”. Qoy adı “Xiyar” olsun. Onun yaşıl plastik əlavələri də var”, - Fedoroviç bildirib.
Dronlar döyüş bölgəsinə pult, eynək, batareyalar və zərbəyə davamlı qutu ilə birlikdə beş-on ədəd dəstdə çatdırılır.
Fedoroviç bildirib ki, Yekaterinburq mərkəzində hazırda yeni on düymlük pilotsuz uçan aparat hazırlanır və o, artıq yeni tezliklərdə uçacaq.
QAZİLER.AZ