Qoz ağacı ilə bağlı məsələ Ali Məhkəməyə qədər gedib çatdı

Qoz ağacı ilə bağlı məsələ Ali Məhkəməyə qədər gedib çatdı backend

30 yaşı olan qoz ağacı ilə bağlı mübahisə Gürcüstanın Ali Məhkəməsinə qədər gedib çıxıb.

Qaziler.az bildirir ki, Gürcüstanın Axaltsix şəhərində 30 yaşlı qoz ağacı ilə bağlı qonşuların bir neçə ildir ki, mübahisəsi bitmir. Onlardan biri ağacın kəsilməsini tələb edir, digəri isə buna etiraz edir. Qonşulardan biri gileylənir ki, ağacın onun həyətyanı ərazisindəki qarajı dağıtmaq təhlükəsi və qozların damın üstünə düşməsinin zəhlətökən səsi var. O, ağacın kəsilməsini tələb edir.

Digər şəxslər ağacı müdafiə edir. Yerli Sknews.ge portalı xəbər verir ki, onlar ağacın qaraj tikilməzdən xeyli əvvəl əkildiyini deyirlər.

Əvvəllər iki instansiya məhkəməsi ağacın kəsilməsinə icazə vermirdi. Ali Məhkəmənin qərarı isə hələlik yoxdur.

QAZİLER.AZ

loading...
Diaspora