Türkiyə ilə Yunanıstan arasında Afina Bəyannaməsi imzalandı

Türkiyə ilə Yunanıstan arasında Afina Bəyannaməsi imzalandı backend

Türkiyə-Yunanıstan Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının beşinci iclasından sonra Türkiyə ilə Yunanıstan arasında Afina Bəyannaməsi imzalanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şurasının iclası çərçivəsində rəsmi səfərdə olduğu Yunanıstanda Prezident Katerina Sakelaropulu ilə ikitərəfli görüşündən sonra Baş nazir Kiryakos Mitsotakisi qəbul edib.

Görüş və mətbuat konfransından sonra “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” imzalanıb.

Bildirilib ki, bu bəyannamə məcburi xarakter daşımır və beynəlxalq hüquq normalarına uyğun olaraq heç bir maddəsi tərəflər üçün qanuni hüquq və ya öhdəliklərin yaradılması kimi şərh edilə bilməz.

Mənbə: Haber Global

Diaspora