Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi bağlanıb

Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi bağlanıb backend

Rusiya və Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi qarın yağması səbəbindən bütün nəqliyyat növləri üçün bağlanıb. Magistral yolun Vladiqafqazdan Lars kəndinə gedən hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Qaziler.az bildirir ki, Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, qadağa 6 dekabr 19:10-dan növbəti xəbərdarlığa qədər davam edəcək.

Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsi, habelə Gürcüstan Sərhəd Polisinin tövsiyələri nəzərə alınmaqla Vladiqafqaz şəhəri ilə Lars arasındakı hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti təmin olunmur. 6 dekabr 2023-cü il saat 19:00-dan sonrakı xəbərdarlığa qədər Lars qəsəbəsinin Rusiya Federasiyasından çıxış istiqamətində hərəkəti qadağandır”, - deyə məlumatda bildirilir.

QAZİLER.AZ

Diaspora