Ukrayna Milli Qvardiyasının əsgərləri Rusiyanın ən yeni “Vityaz” hava hücumundan müdafiə sistemini məhv ediblər. O, təyyarələrdən, ballistik raketlərdən və dronlardan qorunmaq üçün nəzərdə tutulub.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna DİN rəhbəri İqor Klimenkonun Telegram kanalında bildirib.
“Xerson vilayətində Milli Qvardiyaçılar Rusiyanın “Vityaz” hava hücumundan müdafiə sistemini məhv ediblər”, – daxili işlər naziri İqor Klimenko bildirib.
QAZİLER.AZ