Ukraynanın Poltava şəhərində instutların birində tələbələr kütləvi şəkildə zəhərlənib. Artıq 27 nəfər xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə Poltava vilayət administrasiyasının rəhbəri Filip Pronin Telegram kanalında məlumat verib.
"İlkin məlumata görə, gecə saatlarında 27 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bunlar Yaroslav Müdrik adına Poltava Hüquq İnstitutunun tələbələridir".
Administrasiya rəhbərinin sözlərinə görə, yəqin ki, onların hamısı Yuri Kondratyuk adına Poltava Politexnikinin yeməkxanasında yemək yeyiblər. Onlarda kəskin bağırsaq infeksiyası epidemiyası qeydə alınıb.
"Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir. İxtisaslaşdırılmış komissiya yaradılıb, Dövlət Qida və İstehlakçı Xidməti, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri və polisin əməkdaşları yerində işləyir. Epidemioloji araşdırmalara başlanılıb. Onlar yeməkxananı da yoxlayırlar”, - Pronin əlavə edib.
QAZİLER.AZ