Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, Ukraynadakı müharibədə döyüşən könüllülər Ukraynada Gürcüstanın simasını – öz ölkələrinin şərəf və ləyaqətini təmsil edən gürcü əsgərləridir.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki,bunu Salome Zurabişvili Orbeliani sarayında keçirilən tədbirdə deyib.
“Könüllülər bu gün Ukraynada döyüşən gürcü əsgərləridir. Onlar sərbəst şəkildə, öz istəkləri ilə orada gürcü şərəf və ləyaqətini təmsil edirlər. Orada canlarını fəda edən, bizim üçün çox dəyərli olan o oğlanların xatirəsini bir dəqiqəlik sükutla yad etmək istəyirəm", - Zurabişvili deyib.
Qeyd edək ki, Ukraynadakı müharibədə bu günə kimi 49 gürcü əsgəri həlak olub.
QAZİLER.AZ